Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” şirkəti “Windows 8” sisteminin pərakəndə satış nöqtələrinə tədarükünü dayandırıb
“Microsoft”un saytına əsasən, proqram nəhəngi pərakəndə satış nöqtələrinə “Windows 8” platformasının satışlarını dayandırıb.
2014-cü il 31 oktyabr tarixindən “Microsoft” şirkəti pərakəndə satış nöqtələri və “Windows 8” əməliyyat sistemi ilə işləyən qurğu istehsalçılarına sözügedən əməliyyat sisteminin tədarükünü dayandırıb. Bu tarix və sistemin reliz müddəti (26 oktyabr 2012-ci il) arasından iki il vaxt keçib. İstifadəçilər hələ qabaqcadan “Windows 8” quraşdırılmış qurğuları satın ala biləcək, ancaq platformanın özünü ayrıca əldə edə bilməyəcəklər.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Microsoft” korporasiyası “Windows 8” əməliyyat sisteminin satışını çox tez dayandırıb. Məsələn, “Windows XP” platformasının rəsmi relizi ilə pərakəndə satış nöqtələrinə satışlarının dayandırılması arasında 7,5 il vaxt keçib. “Windows Vista”da bu göstərici 3,5 il, “Windows 7”-də 4 ildir.
Hazırda “Windows” qurğu sahiblərinin təxminən 53%-i “Windows 7” platformasının müxtəlif versiyalarını, təxminən 17,2%-i “Windows XP” sistemində işləməyə davam edir. “Windows 8” və “Windows 8.1” platformalarına birgə payı təxminən 16,8%-dir.
Emil Hüseynov
04/11/14 Çap et