Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ədliyyə sahəsində e-xidmətlərin tətbiqi sahəsi genişləndiriləcək


Ədliyyə sahəsində göstərilən elektron xidmətlərin sayı 20-yə çatıb. E-xidmətlərin tətbiqi dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.
 
Ədliyyə Nazirliyindən bildirilib ki, ədalət mühakiməsinin səmərəliliyində məhkəmə iclaslarının mütəşəkkil, vaxtında, açıq və çəkişmə prinsipinə ciddi əməl edilməklə keçirilməsi, bu sahədə işin təkmilləşdirilməsi və aidiyyəti işçilərin peşə hazırlığının yüksəldilməsi məsələləri də diqqət mərkəzindədir.
 
Eyni zamanda cinayətkarlıqla mübarizədə mühüm əhəmiyyət kəsb edən məhkəmə ekspertizası sahəsində ən son texnologiyalar tətbiq olunmaqla tədqiqatların dolğun və dəqiq aparılması və rəylərin mötəbərliyi təmin olunur.
 
 
 
Həqiqət İSABALAYEVA




04/11/14    Çap et