Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RYTN-də “Uşaqların internet təhlükəsizliyi” mövzusunda “dəyirmi masa” keçiriləcək


Noyabrın 11-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində  (RYTN) "Uşaqların internet təhlükəsizliyi" mövzusunda "dəyirmi masa" keçiriləcək.
 
"Dəyirmi masa"da internetdə yayılan təhlükəli, yönləndirici  informasiyaların, uşaqların psixologiyasına təsiri  və bunlarla mübarizə yolları ətrafında müzakirələr aparılacaq.
 
Bu barədə nazirliyin Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib.
 
O bildirib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda "Uşaq hüquqları" aylığı keçirilir.
 
"Hər bir uşağın qayğısına qalaq!" devizi ilə keçirilən bu aylıq çərçivəsində ölkəmizin şəhər və rayonlarında  uşaq hüquqlarının effektiv təmininə və təbliğinə yönəlmiş maarifləndirmə tədbirləri, "dəyirmi masa"lar, treninq-seminarlar, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində müsabiqələr, sərgilər təşkil olunur. Aylığın  məqsədi uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının müdafiəsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır".
 
 
SEYMUR




04/11/14    Çap et