Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda mobil qurğular bazarının intensiv artımı davam edir


"Global Stats" statistika mərkəzinin hesabatına əsasən, Azərbaycanda son bir il ərzində daşınan (portativ) kompüter bazarının həcmi iki dəfədən çox artıb.
 
Belə ki, iyun ayının əvvəlinə olan məlumata əsasən, mobil kompüter bazarının payı 39,21% təşkil edir. Son bir ildə bazarın bu seqmenti 31,6%, bu ilin əvvəlindən isə ölkədə portativ kompüterlərin (noutbuklar, netbuklar) bazar payının 34,9 % artımı müşahidə olunub.
 
Planşet kompüterlər bu reytinqdə 5,33% pay ilə üçüncü yeri tuturlar. Bu ilin yanvar-oktyabr aylarında bazarın bu seqmentinin artımı 24,6% təşkil edib, son bir ildə isə planşet qurğular seqmenti 38,8% artıb.   
 
Stasionar fərdi kompüter bazarının payı isə son bir ildə 20,7% azalaraq 55,46% təşkil edib.
 
Bu, gözlənilən dəyişikliklərdi. Çünki artıq beş il bundan öncə İT bazarında bu tendensiya müşahidə olunurdu. Ekspertlər isə mobil qurğuların stasionar kompüterləri bazardan sıxışdıracağını bildirir və stasionar kompüterlərin alıcılarının əsasən korporativ istifadəçilər olacağını proqnozlaşdırırlar.
 
Aynur Vəliyeva
 
 
 
 




04/11/14    Çap et