Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət orqanlarından “Facebook”a verilmiş sorğuların sayı 25% artıb
“Facebook” saytının məlumatına görə, 2014-cü ilin birinci yarısında istifadəçi məlumatlarının açıqlanması ilə əlaqədar “Facebook” sosial şəbəkəsinə dövlət orqanları tərəfindən sorğuların sayı 25% artıb.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 2014-cü ilin yanvar-iyun aylarının nəticəsinə görə, istifadəçilər haqqında qeydiyyat məlumatları, IP ünvanlar, elektron poçt ünvanları və başqa informasiyanın açıqlanması üçün dövlət strukturlarından “Facebook” sosial şəbəkəsinə 35 min sorğu verilib. 2013-cü ilin ikinci yarısı ilə müqayisədə bu göstərici 24% artıb. ABŞ sorğuların sayına (15.5 min) görə lider qalır.
Eyni zamanda 6 ay ərzində dünyanın müəyyən ölkələrində bu və ya digər məzmuna giriş məhdudiyyəti ilə bağlı sorğuların sayı 19% artıb.
Yerli qanunlar belə məhdudiyyətlərə səbəb olur və belə sorğuların əksəriyyəti Hindistan, Pakistan və Türkiyədən daxil olub.
Emil Hüseynov
05/11/14 Çap et