Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Komissiyasının əməkdaşları Polşanın Elektron Rabitə İdarəsinin fəaliyyəti ilə tanış olublar


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) əməkdaşları Rauf Əliyev və Seymur Alıyev və Azərbaycan Xarici İşlər Nazirliyinin İnsan resursları şöbəsinin birinci katibi Nurlana Qurbanova Polşanın paytaxtı Varşavada təşkil edilən təcrübəkeçmə kursunda iştirak ediblər.
 
Komissiyadan verilən məlumata görə, Azərbaycanla yanaşı, təcrübəkeçmə kursunda Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan ölkələrin - Ukrayna, Belarus, Moldova, Gürcüstan və digər dövlətlərin nümayəndələri də olub. Kurs iştirakçıları oktyabr ayının 21-dən 30-dək müxtəlif dövlət orqanlarında təcrübə keçiblər.
 
DQMK-nın əməkdaşları Polşanın Elektron Rabitə İdarəsində bu qurumun əsas fəaliyyət istiqamətləri, ictimaiyyətlə əlaqələr, nəzarət və audit sistemləri, beynəlxalq əlaqələr, kadrların seçilməsi, qiymətləndirilməsi və əlavə peşə təhsili sahəsində əldə etdiyi təcrübə ilə tanış olublar.
 
CAHANGİR
 




05/11/14    Çap et