Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” açılıb-bağlanan smartfonunu nümayiş etdirib


“Samsung” şirkəti Cənubi Koreyada açılıb-bağlanan formada “Master Dual” smartfonunu nümayiş etdirib. Telefon 3 və 2.2 düymlük daxili və xarici ekranla təchiz edilib, həmçinin “Android” əməliyyat sistemi quraşdırılıb. Bundan başqa, 3 və 1,3 meqapiksellik iki kamera, GPS və FM radio var.

"ICTnews" elektron xəbər xidməti “internet.com.ua” saytına istinadən bildirir ki, “Samsung”un özəl xidməti sayəsində fövqəladə vəziyyət zamanı telefon kontakt siyahısına kömək etmək, qurğu və onun sahibinin olduğu yerin koordinatları haqda mesajı göndərir.

Aparatın ölkədən kənarda satışa çıxarılacağı güman edilmir. Cənubi Koreyada telefon 220 dollara satılacaq.

Emil Hüseynov
 





06/11/14    Çap et