Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlin sonunadək təxminən 0,5 milyard ailə ev “Wi-Fi” şəbəkəsindən istifadə edəcək


“Strategy Analytics” analitik şirkətinin tədqiqatına əsasən, 2014-cü ilin sonunadək dünyada təxminən 451 milyon ailə öz evində “Wi-Fi” simsiz şəbəkəsindən istifadə edəcək.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bu göstərici stasionar genişzolaqlı internetə çıxışdan istifadə edən ailələrin ümumi sayının təxminən 65%-dir. İlin sonunadək dünyada onların sayı 690 milyon ev təsərrüfatına çatacaq ki, bu da ötən ilin göstəricisini 5% ötəcək.
 
Hollandiya, Cənubi Koreya və Norveç ölkələrində stasionar genişzolaqlı internetə çıxışın yüksək nüfuzetməsi nəticəsində ev “Wi-Fi” simsiz şəbəkəsi ən populyardır.
 
“Strategy Analytics”in analitiki Erik Smit deyib ki, 2014-cü ildə dünyada hər bir ailəyə internetə qoşulmuş 5.5 qurğu düşəcək.
 
Emil Hüseynov




06/11/14    Çap et