Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet şirkəti Londonda “Bitcoin” bankomat quraşdırıb


İnformasiya texnologiyaları (İT) sənayesi nəhəngi “Google” şirkəti Londonda virtual valyutalardan istifadəni təhlil etmək və bu ödəniş aləti ilə əlaqədar innovasiyalı ideyaları hazırlamaq məqsədilə “Bitcoin” bankomat quraşdırıb.
 
Bundan əvvəl şirkət bir neçə dəfə elektron pul kisəsi servisi vasitəsilə məhsullarında "Bitcoin” valyutasının dəstəkləyə bilməsi ilə bağlı açıqlama versə də, məsələ ilə bağlı rəsmi bəyanatlar səsləndirilməyib. Londonda quraşdırılmış “Bitcoin” bankomat ilə "Google” istifadəçiləri yemək və içki alışlarını kriptovalyutada ödəmək imkanı əldə ediblər.
 
Lakin bankomatın quraşdırılmasında əsas məqsəd sınaqların keçirilməsi olub. “Google” bankomat vasitəsilə “Bitcoin”-dan istifadəni analiz etmək, eləcə də virtual valyutaya əsaslanan innovativ həllər hazırlamağı planlaşdırır. Yeni bankomatdan ödənişləri həyata keçirmək üçün “Wyre” əlavəsindən istifadə, həmçinin mobil telefonlarda “Bitcoin” pul kisəsinin quraşdırılması tələb olunur.
 
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur, - "Internetua” yazır.  




06/11/14    Çap et