Virus proqramı Çinin “Apple” istifadəçiləri üçün təhlükə törədir
Çində “Apple” məhsulları istifadəçiləri üçün təhlükə törədən yeni zərərli proqram təminatı çox geniş yayılır. Bu barədə “Palo Alto Networks” şirkətinin məlumatında deyilir.
“Apple” şirkətinin mobil əməliyyat sistemlərini sıradan çıxaran “WireLurker” adlı virus proqramının Çində yaradılması iddia olunur.
Şirkətin məlumatına görə, artıq 400-dən çox yoluxdurulmuş proqram 350 min dəfə yüklənib.
“WireLurker” virusu “USB” kabel vasitəsilə “Mac” kompüterlərindən mobil qurğulara keçə bilir.
“Palo Alto Networks” qeyd edir ki, yeni proqram təminatının məqsəd və imkanları hazırda müəyyən edilməyib, - "
BBC” yazır.