Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” və “Dropbox” xidmətlərini birləşdiriblər
“Microsoft Office”in istifadəçiləri faylları “Dropbox” “bulud” xidmətində saxlaya və onlara istinadları paylaşmaq imkanı əldə edəcəklər.
“Bulud” xidmətində, həmçinin sənədlərdə edilmiş bütün dəyişikliklər yadda saxlanılacaq. “Bulud”da saxlanılmış sənədlərin redaktəsi zamanı “Dropbox” istifadəçiləri ABŞ korporasiyasının ofis paketindən istifadə edə biləcək.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yaxın həftələrdə “Microsoft Office” və “Dropbox”un mobil versiyalarına dəyişikliklər ediləcək. 2015-ci ilin birinci yarısında “Dropbox” istifadəçilərinə mətn sənədləri, cədvəllər və təqdimatların onlayn redaktəsi əlçatan olacaq.
Emil Hüseynov
06/11/14 Çap et