Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya Texnologiyaları İnstitutu lisenziyalı proqram təminatını yeniləyir
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu lisenziyalı proqram təminatını təzələyir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, lisenziyalı proqram təminatları və digər maşın və avadanlıqlar “Elektron dövlətin yaradılması, idarə olunması və informasiya təhlükəsizliyinin elmi-nəzəri əsaslarının işlənilməsi” Elmi Proqramı çərçivəsində alınır.
Hazırda İTİ təchizatçı şirkətin seçilməsi üzrə işlər aparır və bu ilin sonuna kimi nəzərdə tutulmuş işlərin həyata keçirilməsinə başlamaq niyyətindədir.
Aynur Vəliyeva
06/11/14 Çap et