Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Taksiçilər artıq “TaxiTap” servisinə qoşulma haqqını “MilliÖn” terminallarında ödəyə biləcəklər


“Taxi Tap” onlayn taksi çağırışı servisi şirkəti  “MilliÖn” ödəniş terminallarının sahibi olan “Komtech” şirkəti ilə müqavilə imzalayıb.
 
 “ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müqavilə “Taxi Tap” onlayn taksi çağırışı servisinə qoşulan taksiçilərə qoşulma haqqını artıq “MilliÖn” terminallarından ödəməyə imkan verir.
 
Şirkətdən bildirilib ki, hazırda müştərilərin taksidə gediş haqqını kredit kartı və ya elektron pul kisəsi ilə ödəmək imkanının yaradılması üzərində işlər aparılır.
 
Servisdən hazırda “Android” və “iOS” üzərində işləyən smartfonlar vasitəsi ilə və ya “http://www.taxitap.az” internet resursunda yararlanmaq olar.
 
Servis, həmçinin sifarişçinin seçdiyi avtomobilin rahatlığından asılı olaraq tariflərlə tanış olmağa imkan verir. Taksi xidmətləri ilə yanaşı, “Taxi Tap” aeroporta transfer və “ayıq sürücü” xidmətlərindən istifadə edə bilər.
 
Aynur Vəliyeva
 




06/11/14    Çap et