Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Əşyaların interneti" qurğuların sayına görə dünyanın ən böyük bazarına çevriləcək
“BI Intelligence” analitiklərinin proqnozuna görə, bir neçə il sonra "əşyaların interneti" (Internet of Things, IoT) qurğuların sayına görə dünyanın ən böyük bazarına çevriləcək.
Ekspertlərin qiymətləndirmələrinə görə, 2019-cu ilədək IoT sektoru həcminə görə smartfon, fərdi kompüter, planşet, daşınan qurğular və "ağıllı" avtomobillər bazarını iki dəfədən çox üstələyəcək. Həmçinin gözləntilərə görə, beş il sonra "əşyaların interneti" sektorunun dünya iqtisadiyyatına töhfəsi 1,7 trilyon ABŞ dollarına çatacaq.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2019-cu ildə sözügedən bazarda qurğuların tədarük həcmi 6,7 milyarda çatacaq və baxılan zaman kəsiyində ümumi artım sürəti (CAGR) ildə 61% təşkil edəcək. Bununla belə, IoT kateqoriyasına məxsus məhsulların satışından əldə olunan gəlir ümumi gəlirin yalnız kiçik hissəni (təxminən 8% və ya 50 milyard dollar) təşkil edəcək.
Emil Hüseynov
06/11/14 Çap et