Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Lenovo” öz yeni cihazında “Apple”a sevgisini etiraf edib
“Lenovo” şirkəti 720p (1280x720 nöqtə) təsvir ölçülü 5 düymlük “Super Amoled” sensor ekranı ilə təchiz edilmiş “Sisley S90” smartfonunu nümayiş etdirib. Asiyanın nüfuzlu istehsalçısının həlli son nəsil “iPhone” smartfonlarının dizaynına çox oxşayır.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, “Sisley S90” smartfonu dördnüvəli 1,2 QHs takt tezlikli dördnüvəli “Snapdragon 410” prosessoru, 1 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz olunub. Aparat iki SİM kart və NFC texnologiyasını dəstəkləyir.
Arxa kameranın təsvir ölçüsü 13 meqapikseldir, həmçinin 8 meqapiksellik ön kamera var. Batareyanın tutumu 2300 milliamper/saat təşkil edir. Smartfonun korpusunun qalınlığı 6,9 mm-dir. “Sisley S90” smartfonu “Android 4.4.4 KitKat” mobil əməliyyat sistemi ilə işləyir.
Yeni aparat çəhrayı, gümüşü, qızılı və boz rəngli korpuslarda əlçatan olacaq. Çində “Lenovo Sisley S90” smartfonunun qiyməti 1999 yuan (327 dollar) təşkil edir.
Emil Hüseynov
07/11/14 Çap et