Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində daxili elektron kargüzarlıq sistemi tətbiq olunacaq


Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparatda daxili elektron sənəd dövriyyəsi (E-kargüzarlıq) sisteminin yaradılması və Azərbaycan Respublikası üzrə Tikintilərin Dövlət Reyestrinin aparılması üçün proqram təminatının satın alınması məqsədilə kotirovka sorğusu elan edir.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə komitənin rəsmi saytında (www.arxkom.gov.az)  elan yerləşdirilib.
 
Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 13 noyabr, saat 18:00-dək qəbul olunacaq.
 
Təklif zərfləri noyabrın 14-də komitənin iclas zalında açılacaq.
 
CAHANGİR
 




07/11/14    Çap et