“Panda Security”: “Hər dəqiqədə dünyada 158 yeni zərərli proqram təminatı yaranır”
“PandaLabs” antivirus şirkətinin məlumatına görə, hər gün dünyada 227747 yeni zərərli proqram təminatı növü yaradılır. 2014-cü ilin üçüncü rübündə 20 milyondan çox yeni zərərli proqram əmələ gəlib.
Baş verən halların 75 faizindən çoxunda istifadəçi kompüterləri troyanlarla yoluxdurulub. Daha 9 faiz klassik virusların, 4 faiz şəbəkə zərərli proqramlarının payına düşüb. Son üç ayda troyanların sayında 13 faiz artım olub. İstifadəçi kompüterlərinin daha çox yoluxdurulması halları Çin, Peru və Boliviyada qeydə alınıb.
Şirkətin texniki direktoru Luis Korronsun sözlərinə görə, hakerlər mümkün qədər çox sistemi yoluxdurmağa çalışırlar. Hətta korporativ şəbəkələr də təhlükə altındadır. Belə ki, son ayların hadisələri, o cümlədən "iCloud” internet servisinə müdaxilə, “Gmail” və “Dropbox” istifadəçilərinin parollarının oğurlanması bunu bir daha göstərib.
Qeyd edək ki, yeni növ zərərli proqram təminatı növləri əllə yığılmaqla yox, zərərli proqramların istehsalı üçün avtomatlaşdırılmış paketlərlə yaradılıb. Daha çox populyar proqramlar "Zeus Builder”, “SpyEye” və “Citadel” olub. Onlar təcrübəsiz hakerlərə bir sıra antiviruslar tərəfindən aşkarlanmayan zərərli proqram təminatı yaratmağa imkan veriblər, - "
SecurityLab” yazır.