Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində 37 startap layihəsi uğurla fəaliyyət göstərir
Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı - “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində yaradılmış Biznes İnkubasiya Mərkəzinə fəaliyyəti dövrü ərzində 94 startap layihəsi müəllifindən müraciət daxil olub.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, YTP-nin direktor müavini Cabbar Musayev bildirib ki, hazırda biznes inkubasiya mərkəzində 37 startap layihəsi fəaliyyət göstərir.
“Bu günədək artıq biznes inkubasiya mərkəzinin daxilində 4 yeni şirkət qurulub. Gündəlik olaraq 100-ə yaxın insan buranın texniki imkanlarından istifadə edir. YTP öz fəaliyyəti ilə bağlı bir sıra ikitərəfli və çoxtərəfli görüşlər, təlim kursları, təqdimatlar, seminarlar, eləcə də, digər tədbirlər təşkil etməklə yanaşı, bir çox beynəlxalq tədbirlərdə, sərgi-konfranslarında iştirak edərək faydalı əməkdaşlıq əlaqələri qurub. YTP 70-dən çox ölkənin texnoparklarını birləşdirən İnnovasiya Zonaları və Elmi Parklar Beynəlxalq Assosiasiyasının assosiativ üzvü seçilib”, - deyə C. Musayev qeyd edib.
Aynur Vəliyeva
07/11/14 Çap et