Okeanda “Wi-Fi” şəbəkəsindən istifadə mümkün olacaq
Bu həftə dünyanın nəhəng “Carnival Corporation” səyahətlər operatoru şirkətə məxsus bütün gəmilərdə (101 ədəd) işləyəcək ilk “WiFi@Sea” hibrid simsiz şəbəkənin istifadəyə verilməsini açıqlayıb.
Gəmilərin hamısı “WiFi@Sea” sisteminin gəmilərin marşrutu üzrə quraşdırılan və 65 km məsafədə işləyən sahil yaxınlığındakı antena şəbəkələrinin ümumi “backbone” xəttinə qoşulacaq. Qeyd olunur ki, gəmi limana daxil olan zaman orada yerli genişzolaqlı kanala qoşulacaq, sahil antenalarının əhatə zonasından uzaqda olanda isə peyklə işləyə biləcək. Bu isə o deməkdir ki, Karib dənizi ilə beşgünlük səyahət ərzində turist smartfonundan ayrı düşməyəcək.
“Carnival Corporation” bəyan edib ki, yeni məlumat ötürmə sisteminin buraxılış qabiliyyəti əvvəlki şəbəkəyə nisbətdə xeyli yüksəkdir.
“WiFi@Sea” şəbəkəsinin sınaqları il yarımdır davam edir. Sistemin Karib dənizində bu ilin qışında, Alyaskada 2015-ci ilin yazında, Aralıq və Baltik dənizlərində, Qərbi Avropa və Asiyada 2015-2016-cı illərdə istifadəyə veriləcəyi gözlənilir.
Sərnişinlərin internetə çıxışı ödənişli olmaqla tariflər gəmilərdə müxtəlif olacaq. Hazırda qoşulma üçün tipik ödəniş 3,95 dollar, 1 dəqiqəlik istifadə üçün 0,75 dollar təşkil edir. 100 dəqiqəlik paketin qiyməti 55 dollara, 250 dəqiqəliyin 100 dollara bərabərdir.
“WiFi@Sea” antenalarının istifadəyə verilməsi ilə bu növ xidmətlərin ucuzlaşacağı gözlənilir, - “
Xaker” yazır.