Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan startapı dünya səviyyəsində marağa səbəb olub


Azərbaycanın  Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən "Neuron Technologies" şirkəti Ali Təhsil Müəssisələrinin tam elektron idarəetmə sisteminin tətbiqini uğurla həyata keçirir.
 
Şirkətin rəhbəri İsmayıl Ələkbərovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, bu sistem Azərbaycan Gömrük Akademiyasında artıq tətbiq edilib.
 
"Hazırda digər ali təhsil müəssisələri ilə də danışıqlar aparılır və dünya səviyyəsində  bu proqrama maraq göstərilir. Bu sistemdə çəkib dartma üsulu ilə bütün qrafiklərin tərtibatı mümkün olur, halbuki  öncə kafedralarda bu proseslər həftələrlə, aylarla görülən işlər bir toxunuşla edilir. İmtahanların artıq elektron qaydada keçirilməsi mümkün olur, tam elektronlaşdırılmış kitabxana mövcuddur", - deyə o bildirib.  
 
Şirkət geniş spektrli proqram təminatlarının işlənib-hazırlanması, sistem inteqrasiyaları, informasiya texnologiyaları üzrə konsaltinq, texniki dəstək və İKT-nin çoxsaylı digər istiqamətləri üzrə ən yeni texnologiyaları və həlləri təqdim edir.
 
Aynur Vəliyeva




07/11/14    Çap et