Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər ABŞ-ın ilk internet səhifəsini bərpa ediblər



Milli Sürətləndirici Laboratoriyanın (SLAC) alimləri ABŞ-ın ilk veb səhifəsini bərpa ediblər.
 
Bu, ABŞ Energetika Nazirliyinin 17 milli laboratoriyasından biri olan “SLAC”-ın səhifəsi olub.
 
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, 1991-ci ildə “SLAC”-da çalışan fizik Toni Conson Fransada keçirilmiş konfransda “Ümumdünya hörümçək toru”nun ixtiraçısı Tim Berners Li tərəfindən “WWW” texnologiyasına aid işlərin nümayişini izləyib.
 
1991-ci ilin dekabrında o və fizik Pol Kuns ABŞ-ın birinci veb-serverini və Milli Sürətləndirici Laboratoriyanın internet səhifəsini yaradıblar.
 
Emil Hüseynov




07/11/14    Çap et