Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AVG Technologies” antivirus istehsalçısı satıla bilər


 “AVG Technologies” antivirus proqram təminatı istehsalçısı yaxın vaxtlarda satıla bilər. “The Wall Street Journal” nəşri vəziyyətlə yaxın olan mənbələrə istinadən yazır ki,  hazırda potensial alıcılar Hollandiya şirkətinin fəaliyyəti ilə bağlı ilkin arayış toplayırlar.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, əsasən özəl investisiya firmaları, həmçinin ən azı bir texnologiya şirkəti “AVG Technologies” şirkəti ilə maraqlanır.
 
Nəşr yazır ki, satış prosedurasına rəsmi start verilməyib.
 
 “AVG” informasiya təhlükəsizliyi sahəsində proqram təminatının hazırlanması ilə məşğuldur: şirkətin 187 müştərisi istifadə edir. 2014-cü ilin üçüncü rübündə proqram istehsalçısının gəliri artaraq 18.2 milyon dollar olub. Bu halda mədaxil 7.8% artaraq 92.3 milyon dollar olub. İlin nəticəsinə görə, “AVG” satışların həcmini 410-430 milyon dollar həcmində proqnozlaşdırır.
 
Emil Hüseynov
 





08/11/14    Çap et