Hakerlər ABŞ Poçt Xidmətinin informasiya sisteminə müdaxilə edib
Naməlum hakerlər ABŞ Poçt Xidmətinin informasiya sisteminə müdaxilə ediblər.
Cinayətkarların xidmətin 500 min əməkdaşının fərdi məlumatını ələ keçirməsi bildirilir.
Baş vermiş hadisənin təhqiqatı ilə ABŞ Poçt Xidməti və Federal Təhqiqatlar Bürosu (FTB) məşğul olur.
Qeyd edək ki, hazırda FTB insidentin miqyasını aydınlaşdırır. Əldə olunan məlumata görə, hakerlər Poçt Xidmətinə yanvar-avqustda müştəri dəstəyinə görə müraciət edən vətəndaşların fərdi informasiyasına çıxış əldə ediblər. Bu informasiya məhduddur və poçt qulluqçuları haqqında məlumatlara çıxış ilə müqayisədə mühüm əhəmiyyət kəsb etmir, - “
TASS” yazır.