Çində dünyanın ən böyük internet alış-verişi başlayıb
Noyabrın 11-də Çinin internet məkanında dünyanın ən böyük alış-verişinə start verilib. İlk qırx dəqiqədən sonra “Alibaba” internet pərakəndə satış şirkətinin mağazalarında satışın həcmi 10 milyard yuanı (1,6 milyard dollar) ötüb.
Müxtəlif mallar üçün endirimləri nəzərdə tutan aksiya hər il noyabrın 11-də keçirilir.
Ötən il noyabrın 11-də “Alibaba” şirkətinin internet meydançasında satış həcmi ABŞ-ın “Qara cümə” gününü (ABŞ-da Yeni il ərəfəsində alış-verişin başlandığı mövsüm) ötərək 24 saat ərzində 35 milyard yuan (5,7 milyard dollar) təşkil edib. Bu il aksiya “Alibaba”nın dünya internet ticarəti bazarında imkanlarını xeyli genişləndirməsinə görə ötənilki rekordu qırmaq üçün bütün imkanlara malikdir. Şirkətin məlumatına görə, aksiyada 175 ölkənin satıcı və alıcıları iştirak edir, -
“TASS” yazır.