Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçtda e-qeydiyyat sistemi


Poçt rabitəsi sahəsində göndərişlərin elektron qeydiyyatının aparılması diqqət mərkəzindədir.
“Azərpoçt” MMC-nin Poçtun Daşınması Mərkəzinin rəisi Nazim Əliyev bizimlə söhbətində bildirib ki, mərkəz poçt göndərişləri və korrespondensiyalarının vaxtında,itkisiz vətəndaşlara, idarə və müəssisələrə çatdırılması zamanı göndərişlər elektron qeydiyyata alınır. Göndərişlərin göndərilməsi və izlənilməsi yeni yaradılmış Colvir sistemi ilə həyata keçirilir.
N.Əliyev e-qeydiyyatın daha da genişləndirilməsi, yerlərdə işçilərin bilik və bacarıqlarının artırılması məqsədilə PDM tərəfindən müəssisələrdə mütəmadi olaraq praktik və nəzəri kursların keçirildiyini bildirib.
Qeyd edək ki, növbəti belə bir kursun Quba-Qusar bölgəsində keçirilməsi nəzərdə tutulur.




07/06/11    Çap et