Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkətinin bütün smartfonları “NFC” çiplə təchiz ediləcək


Veb-mənbələrin məlumatına əsasən, “Nokia” şirkəti “NFC” texnologiyasından aktiv istifadə etmək niyyətindədir.

Məlumat üçün qeyd edək ki, “NFC” (Near Field Communications) texnologiyası əgər mobil qurğular arasındakı məsafə 10 sm-dən azdırsa, o zaman məlumat mübadiləsi üçün imkan yaradır.

“Nokia” şirkətinin bütün smartfonları – həm “Symbian” əməliyyat sistemi ilə işləyən, həm də “Windows Phone 7” platformasında olacaq kommunikatorlar “NFC” çipi ilə təchiz olunacaq. Bundan başqa, “NFC” fin istehsalçısının bəzi aksessuarlarında da olacaq. “NFC” çip dəstəyi nəticəsində mobil aparat sahibləri alış və xidmətləri kontaktsız üsulla ödəyə, mallar haqqında əlavə informasiya əldə edə bilərlər və s.

Analitiklərin hesablamalarına görə, cari ildə bütün dünyada “NFC” çipi ilə olan təxminən 35 milyon mobil aparat tədarük ediləcək.

2012-ci ildə bu göstərici ikiqat artacaq, 2014-cü ildə isə proqnozlara əsasən, kontaktsız ödəniş sistemindən 340 milyon insan istifadə edəcək.




01/09/11    Çap et