Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin 2016-cı ildə kvant şəbəkəsini istifadəyə verəcək


Çin texnologiya yarışında kiçik qələbə qazanaraq planetdə 100 milyon dollar məbləğində ən uzun kvant şəbəkəsi quraşdıracaq birinci ölkə olacaq.

"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, kvant şəbəkəsinin uzunluğu 2000 km təşkil edəcək və 2016-cı ilədək Pekinlə Şanxayı birləşdirəcək, bundan sonra genişlənəcək.
Kvant şifrləməsi prinsipi çoxdan məlumdur və texniki təfərrüatlara varmadan, demək olar ki, haker kommunikasiya sisteminə müdaxilə üçün fiziki imkana malik deyil, çünki göndərən və qəbul edən tərəflər dinləmə haqda dərhal xəbər tutacaqlar.

Kvant şəbəkəsi Çin hökuməti, hərbi, həmçinin təhlükəsiz kommunikasiyalar üçün bəzi banklar tərəfindən istifadə olunacaq. Həmçinin ABŞ və Avropa belə rabitə sistemindən istifadəni planlaşdırır, ancaq adı çəkilən ölkələr artıq bu texnologiya yarışmasını uduzub.

Emil Hüseynov




11/11/14    Çap et