Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yeni həyat: texnologiyalardan incəsənətə”


“Bakutel” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisinin 20 illik yubileyi ilə bağlı Yüksək Texnologiyalar Parkında “Yeni həyat: texnologiyalardan incəsənətə” adlı tədbir  keçirilib.


Tədbirə “April UV”, “Aztelekom”, “AZV”, “BestComp Group”, “Caspian Navtel”, “Connect”, “Cybernet”, “Delta Telecom”, “Eurodesign”, “Globtel Solutions”, “HA Plus”, “High Tech Park”, “HP”, “Katv”, “Microsoft”, “Schneider Electric”, “Smart Communications”, “Smart Systems Technology”, “Teleradio”, “Ultra”, “Vitta” və digər şirkətlərin nümayəndələri iştirak edib.
 
Bu dəfə “Bakutel” sərgisinin iştirakçıları kompüter detallarından sərginin yubiley loqosunu hazırlayıblar.
 
Dekabrın 2-5-də reallaşaq “Bakutel” sərgisində 40 faizi daimi iştirakçı olmaqla, 250-dən artıq şirkət iştirak edəcək. Bir sıra ölkələrin milli stendləri kompleksin ikinci zalında yerləşdiriləcək. Həmçinin, İKT üzrə ən son qlobal təmayüllərin, eləcə də Azərbaycanda İKT sahəsinin inkişaf perspektivlərinin müzakirəsinə həsr olunmuş geniş işgüzar proqram da planlaşdırılıb. Beləliklə, “Bakutel” sərgisi çərçivəsində “Əşyalar İnterneti” mövzusunda konfrans və “e-Gov 3.0: innovativ çağırışlar, müasir trendlər və yeni imkanlar” adlı beynəlxalq forumu da keçiriləcək.
 
Sərgi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iştirakı və fəal dəstəyi ilə keçirilir. “Bakutel-2014” sərgisinin baş sponsoru “Intel” şirkətidir. Sərginin digər sponsorları arasında “Eurodesign” (Azərbaycan) və “Tecnotree” şirkətləri də var. Sərginin iştirakçıları qismində isə “Iteca Caspian”, “Caspian Event Organisers” və “ITE Group Plc” şirkətləri çıxış edirlər.




11/11/14    Çap et