Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bank olmayan kredit təşkilatı borcları onlayn ödəmək imkanı yaradan xidməti işə salıb
Azərbaycanın bank olmayan kredit təşkilatı “Merkuri” MMC “AzeriCard” prosessinq mərkəzi ilə birgə öz müştərilərinə kredit borclarını şirkətin rəsmi səhifəsi vasitəsi ilə onlayn ödəməyə imkanı yaradan xidmətini təqdim edib.
“ICTnews” elektron xəbər xidmətinin prosessinq mərkəzinə istinadən verdiyi məlumata görə, kredit borclarını ödəmək üçün “www.merkuri.az” səhifəsinə daxil olub “Onlayn kredit ödənişi” bölməsinə keçmək və tələb olunan məlumatı daxil etmək tələb olunur. Növbəti səhifələrdə kredit kart məlumatlarını qeyd etmək lazımdır. İstifadəçi sorğunun yerinə yetirilməsi barədə məlumatlandırılır.
Cari hesaba vəsaiti köçürəndən sonra hesaba bağlı kredit uzrə borc müəyyən edilib kredit cədvəlinə uyğun silinəcək, kredit borcu avtomatik olaraq cari hesabdan ödəniləcək.
CAHANGİR
11/11/14 Çap et