Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“eManat” terminallarında daha bir bankın kredit ödənişləri qəbul edilir
“Modenis” şirkətinin “eManat” ödəniş sistemi maliyyə qurumları ilə əməkdaşlığını genişləndirməkdə davam edir.
“ICTnews” xəbər xidmətinin məlumatına görə, artıq “e-Manat” terminallarında “Rabitabank”ın müştərilərinin kredit ödənişləri qəbul olunur.
Hazırda “eManat” terminallarında “Unibank”ın, “Bank of Baku”nun, “VTB Bank”ın, “Bank Respublika”nın, bütün mobil operatorların, stasionar rabitə, həmçinin kommunal xidmətlər operatorlarının və bir sıra internet provayderlərin xidmət ödənişləri qəbul edilir.
Bu ilin sonuna qədər şirkət şəbəkəsində nəqliyyat kartlarının qəbulunu da təşkil etmək niyyətindədir.
Bu gün artıq “eManat” terminalları Bakının və bölgələrin ən müxtəlif ictimai məkanlarında quraşdırılıb. Ödəmə terminalları vasitəsilə kommunal xidmətlər, mobil rabitə, internet, bank kreditlərinin geri ödənişi və s. ödənişləri həyata keçirmək mümkündür. “eManat” vasitəsilə ödəmə xidmətləri pulsuzdur.
Bu terminallar həftənin bütün günləri, sutkada 24 saat ərzində işləyir.
Aynur Vəliyeva
11/11/14 Çap et