Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi məlumatların saxlanılması üçün yeni avadanlıq alır
Azərbaycan Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi məlumatların saxlanılması üçün yeni avadanlıq almaq niyyətindədir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hazırda nazirlik təchizatçı şirkətlərin təkliflərini dəyərləndirir.
Yeni avadanlıq Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Məlumat və Resurs Mərkəzində olan məlumatların ehtiyat surətlərini saxlamaq üçün avtomatlaşdırılmış sürətli lent tipli avadanlıqlardan ibarətdir.
Bu ilin sonuna kimi qeyd edilən avadanlıqların alınması və tətbiqinə başlanması nəzərdə tutulur.
Aynur Vəliyeva
11/11/14 Çap et