Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ədliyyə Nazirliyi struktur qurumlarında “virtual qəbul” təşkil edir
Azərbaycan Ədliyyə Nazirliyinin struktur bölmələri yeni elektron xidmətləri tətbiq edir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Ədliyyə Nazirliyi struktur qurumlarında virtual qəbul məntəqələrinin proqram təminatının təkmilləşdirilməsi üzrə işlərə yaxın zamanda başlanılması nəzərdə tutulub. Hazırda bununla bağlı təchizatçı şirkətlərin təkliflərinin dəyərləndirilməsi üzrə işlər aparılır.
Dünya Bankının “Məhkəmə sisteminin inkişafı” layihəsi çərçivəsində məhkəmə sisteminin islahatların aparılması, əhaliyə göstərilən xidmətlərin çeşidinin artırılması, kadr potensialının artırılması, hakimlərin müsabiqə yolu ilə seçilməsi, məhkəmə qərarlarının reyestrinin yaradılması gələn ilin ortalarından etibarən nəzərdə tutulur.
Bu layihənin həyata keçirilməsinə Dünya Bankı 100 milyon dollar vəsait ayırıb. Bu layihə çərçivəsində elektron xidmətlərin çeşidinin genişləndirilməsi nəzərdə tutulub. Bu, məhkəmələrin sahibkarlara göstərəcəkləri elektron xidmətlərdir. Bildiyiniz kimi, məhkəmələr sahibkarlıq obyektlərinin yoxlamalarının nəticələrinin qeydiyyatı ilə məşğul olacaqlar və bu prosesdə şəffaflığın təmin edilməsi məqsədi ilə onu elektronlaşdırmaq nəzərdə tutulur.
Aynur Vəliyeva
11/11/14 Çap et