Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Şərq tərəfdaşlıq” ölkələri kibercinayətkarlıqla mübarizədə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər
Noyabrın 12-14-də Kişinyovda “Şərq tərəfdaşlıq” ölkələrinin kibercinayətkarlıqla mübarizə üzrə konfransı keçiriləcək. Tədbir kibercinayətkarlıqla mübarizə üzrə üçillik layihə çərçivəsində Moldova Ədliyyə Nazirliyinin dəstəyi ilə Avropa Şurası tərəfindən təşkil olunub.
Avropa Şurası mətbuat xidmətinin məlumatına görə, konfransda Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər. Tədbir iştirakçıları kibertəhlükəsizlik siyasətini, hüquq-mühafizə və məhkəmə orqanlarının nümayəndələri üçün müvafiq treninqlərin keçirilməsini müzakirə edəcəklər.
11/11/14 Çap et