Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2015-ci ildə "əşyaların interneti" 70 milyard dollar qazandıracaq
“Gartner” analitik şirkətinin proqnozuna əsasən, 2015-ci ildə "əşyaların interneti" xidmətlərindən əldə olunan qlobal gəlirin həcmi 69,5 milyard dollara çatacaq.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, analitiklər "əşyaların interneti" dedikdə məlumat mübadiləsi üçün qlobal şəbəkəyə qoşulmuş avtomatik qurğuların məcmusunu nəzərdə tuturlar. “Gartner”in proqnozuna görə, 2015-ci ildə belə qurğuların sayı 2014-cü illə müqayisədə 30% artaraq 4,88 milyard təşkil edəcək.
2015-ci ildə avtomobillərdə qoşulmuş qurğular sektorunda ən böyük artım qeydə alınacaq: onların sayı təxminən iki dəfə artaraq 372 milyon təşkil edəcək. Bununla belə, işlək "ağıllı əşyalar”ın sayına görə əvvəlki kimi istehlak qurğuları lider olacaq.
2020-ci ildə "ağıllı əşyalar"ın istifadəsinə əsaslanan xidmətlər 263 milyard dollar gəlir qazandıracaq.
Emil Hüseynov
12/11/14 Çap et