Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Deloitte: Böyük Britaniyada kompüter və robotlar peşələrin 35%-ni əvəzləyəcək
"Deloitte" və Oksford universitetinin tədqiqatçıları hesab edirlər ki, yaxın 20 ildə Böyük Britaniyanın əmək bazarında mühüm dəyişikliklər gözlənilir. Peşələrin 35%-də kompüter və robotlar insanları əvəzləməyə başlayacaq.
"ICTnews" elektron xəbər xidməti "osp.ru" saytına istinadən bildirir ki, ən təhlükəli vəziyyətdə az maaşa işləyənlərdir. İldə 30 mindən az funt sterlinq qazanan işçilərin kompüterlə əvəzlənmək ehtimalı 100 min funt sterlinqdən çox qazananla müqayisədə beş dəfə çoxdur. Təhsil, elm və texnika, maliyyə, hüquq xidmətləri, həmçinin incəsənət və kütləvi informasiya vasitələri sahələrində insan əməyinin avtomatlaşdırılması cüzi olacaq. Bu halda London sakinləri üçün işini itirmək riski azdır.
"Deloitte" tərəfindən keçirilmiş sorğunun məlumatları onu göstərir ki, yaxın on ildə əmək bazarında "rəqəmli nou-hau", kreativlik və idarəetmə bacarıqlarına malik işçilərə daha böyük tələbat olacaq.
Emil Hüseynov
12/11/14 Çap et