Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikalıya taxta “iPad” satıblar


ABŞ-ın 22 yaşlı vətəndaşı dələduzların qurbanı olub. Belə ki, qıza həqiqi “iPad” əvəzinə saxta “iPad” satıblar. Bu barədə “Spartanburq” dairəsi şerifinin ofisi tərəfindən elan edilmiş raportda bildirilib.

Raportda bildirilib ki, zərərçəkmiş Eşli Makdauellə “McDonalds” qəlyanaltısı yaxınlığındakı avtodayanacaqda 2 "qaradərili kişi" yaxınlaşıb.

Eşli onların birində qızıl dişin olduğunu yadında saxlayıb. Dələduzların əllərində “iPad” olub. Onlar “Apple” planşetlərini 300 dollara satdıqlarını deyiblər və Eşliyə onlardan birini almağı təklif ediblər.

Qız onda yalnız 180 dollar olduğunu bildirib, lakin satıcılar bu pul üçün planşeti verməyə razılaşıblar və ona bağlanmış qutunu veriblər.

Bundan sonra Eşli Makdauell evə gedib. Qutunu açanda isə o, həqiqi “iPad” əvəzinə onun taxta surətini görüb.

Bundan sonra o, dərhal polisə müraciət edib. Hal-hazırda bu hadisənin araşdırılması aparılır. Dələduzların həbsi barəsində hələlik xəbər yoxdur.




01/09/11    Çap et