Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanlı mütəxəssislər FB7 Avropa layihəsi çərçivəsində “Elektron Mikroskopiyası” mövzusunda tədris və təlim proqramında iştirak ediblər


Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun (Fİ) əməkdaşları Fİ-nin koordinatoru olduğu FB7 Avropa layihəsi çərçivəsində “Elektron Mikroskopiyası” mövzusunda tədris və təlim proqramında iştirak ediblər.
 
İnstitutdan verilən məlumata görə, proqram iştirakçıları - institutun Ellipsometriya laboratoriyasının böyük elmi işçisi Xuraman Xəlilova və elmi işçisi Nağı Qasımov bu məqsədlə Türkiyənin Qəbzə şəhərində ezamiyyətdə olublar.
 
TUBİTAK Mərmərə Araşdırma Mərkəzində təşkil olunmuş on iki günlük proqram çərçivəsində X.Xəlilova və N.Qasımov TEM (Keçici Elektron Mikroskopiyası) və digər cihazlarda işləmə prinsipini öyrəniblər.
 
 
Həqiqət İSABALAYEVA




13/11/14    Çap et