“IDC”: “Məlumat emalı mərkəzlərinin sayı artacaq və birləşəcək”
2017-ci ildə dünyada istifadəyə verilən məlumat emalı mərkəzlərinin ümumi sayı 8,6 milyona çatacaq, lakin sonradan şəxsi korporativ mərkəzlərin və server zallarının sayının aşağı düşməsinə görə bir qədər azalacaq. Bu barədə “IDC” analitik şirkətinin hesabatında deyilir.
Digər mərkəz kateqoriyalarında artım davam edəcək. Xüsusiləşmiş mərkəzlərin idarəetməsi altında olan mərkəzlərin sayı daha sürətlə yüksələcək. Mərkəzlərin sayının azalmasına baxmayaraq 2018-ci ildə onların ümumi ərazisi 2013-cü ildəki 1,47 kv.m-dan 1,80 kv.m-dək artacaq.
Daha mühüm tendensiya kimi analitiklər aparıcı provayder avadanlıqlarının yerləşdiyi böyük məlumat emalı mərkəzlərinin yayılmasını hesab edirlər. 2018-ci ilədək tikilməkdə olan provayder mərkəzlərinin 72,6 faizi və yüksəksəviyyəli yeni mərkəzlərin bütün ərazilərinin 44,6 faizi bu mərkəzlərin payına düşəcək.
Uzunmüddətli investisiya qoyuluşu tələb edən yüksəksəviyyəli şəxsi korporativ mərkəzlərin sayında da artım davam edəcək. Buna böyük töhfəni Çində mərkəzlərin inşası, eləcə də kiçik korporativ mərkəzlərin bir yerdə cəmləşməsi verəcək, - "
Computerworld” yazır.