Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IBM” tədqiqatçıları 1995-ci ildən “Windows”un bütün versiyalarında mövcud olan boşluq aşkarlayıb


“IBM” korporasiyasının tədqiqat komandası “Windows 95” əməliyyat sistemindən başlayaraq “Windows”un bütün versiyalarında olan çatışmazlığı aşkar edib.
 
"ICTnews" elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, iddialara görə, bu boşluq sayəsində cinayətkarlar kompüteri uzaq məsafədən idarə edə bilərlər.
 
Qeyri-rəsmi “WinShock” adlandırılmış boşluq hələ bu ilin mayında aşkarlanıb. Alimlər o vaxt “Microsoft” şirkətini xəbərdar ediblər, sonuncu istifadəçilərin təhlükəsizliyini təmin edəcək bir neçə yeniləmə buraxıb.
 
Emil Hüseynov




13/11/14    Çap et