Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron hökumət” portalına 1 milyondan artıq insan müraciət edib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" portalına daxilolmaların növbəti statistikasını təqdim edib.
Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2014-cü ilin oktyabr ayının 31-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 2 959 944 daxilolma qeydə alınıb.
Portala müraciət edənlərin ümumi sayı isə 1 003 372 nəfər olub. Belə ki, 1 003 372 nəfər ümumən 2 959 944 dəfə portala baxıb və 5 597 818 elektron xidmətə müraciət ediblər. Həmin şəxslər 10 441 045 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 29 saniyə olub.
Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 35,4%-ni yeni istifadəçilər, 64,6%-ni isə təkrar müraciət edənlər təşkil edib.
Qeyd edək ki, portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 130 142-yə çatıb. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 382 ədəd olub.
CAHANGİR
13/11/14 Çap et