Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Videooyun sənayesi ABŞ iqtisadiyyatından 4 dəfə sürətli inkişaf edir


Videooyun sənayesinin artım tempi ABŞ milli iqtisadiyyatının artım tempini dörd dəfə ötüb. “Entertainment Software Association” (ESA) (Ən böyük videooyun naşirləri birliyi) belə məlumat dərc edib.
 
ESA-nın məlumatına əsasən, 2009-2012-ci illərdə videooyun bazarının real illik artım tempi 9,7% təşkil edib, halbuki müvafiq dövrdə ABŞ iqtisadiyyatının real illik artımı 2,4% olub.
 
"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, “Entertainment Software Association” – ABŞ-ın proqram təminatı istehsalçıları və kompüter oyunları assosiasiyasıdır. 1994-cü ilin aprelində təsis edilib. Assosiasiyaya “Atari”, “Capcom”, “Disney Interactive Studios”, “Eidos Interactive”, “Electronic Arts”, “Konami”, “Microsoft”, “Midway Games”, “Namco Bandai”, “Nintendo”, “Sega”, “Sony Computer Entertainment”, “Square Enix”, “Take Two Interactive”, “THQ” və “WildTangent” kimi şirkətlər daxildir.
 
Emil Hüseynov
 
 




13/11/14    Çap et