Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistanın baş naziri: kiberməkan təhdidlər deyil, qlobal iqtisadi çiçəklənmə mənbəyi kimi qalmalıdır


Kiberməkan yeni təhdidlər deyil, qlobal iqtisadi çiçəklənmə mənbəyi kimi qalmalıdır. Myanmanın paytaxtında keçirilmiş Şərqi Asiya sammitində Hindistanın baş naziri Narendra Modi belə fikir səsləndirib.
 
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, baş nazir hesab edir ki, terror təhlükəsi şəraitində Şərqi Asiya sammiti ölkələri kiberməkanı təhlükəsizləşdirməli və elə etməlidirlər ki, o, yeni təhdid və münaqişələr deyil, rabitə vasitəsi və iqtisadi çiçəklənmə mənbəyi kimi qalsın".
 
"Hindistan və ACEAN güclü tərəfdaş ola bilər, bizim əməkdaşlığımız isə regionda sülh və sabitliyi möhkəmləndirəcək, onun inkişafı üçün şərait yaradacaq” – Modi deyib.
 
Emil Hüseynov
 

 
 
 




13/11/14    Çap et