Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Rabitə” idman klubunun boksçuları 5 medal qazanıb


Noyabrın 1-dən 9-dək Rusiyanın Anapa şəhərində 33 ölkənin iştirakı ilə yeniyetmələr arasında boks üzrə Avropa birinciliyi keçirilib.
 
“Rabitə” idman klubundan verilən məlumata görə, yarışda respublika yığmasının tərkibində klubun 5 boksçusu uğurla çıxış edib.
 
Belə ki, Avropa birinciliyində 46 kq çəki dərəcəsində çıxış edən boksçumuz Ruslan Rüstəmov I yerə çıxaraq qızıl medala layiq görülüb.  İdmançılardan Bəxtiyar Qazıbəyov 57 kq çəki dərəcəsində II yerə çıxaraq gümüş medala sahib olub, Pərviz Quliyev 63 kq, Hacı Dilbazov 75 kq və Məhəmməd Abdullayev +80 kq çəki dərəcəsində III yerə çıxaraq bürünc medal qazanıblar. 
 
Qeyd edək ki, boksçularımızın uğurlu çıxışı sayəsində Azərbaycan yığması komanda hesabında  III yeri tutub.
 
CAHANGİR




13/11/14    Çap et