Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
20 rayon mərkəzi genişzolaqlı internet xidmətləri ilə təmin olunacaq
Yaxın vaxtlarda bölgələrdə 25 min port DSLAM (Digital Subscriber Line Access Multiplexer) avadanlığı qurulacaq. Söhbət 20 rayon mərkəzinin və 143 kəndin genişzolaqlı internetə çıxışının təmin edilməsindən gedir.
Bu barədə İCTNews-ə “Aztelekom” İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev məlumat verib.
Onun sözlərinə görə, kənd yerlərində daha keyfiyyətli internet xidmətlərinin göstərilməsi məqsədi ilə əlavə avadanlıqların (transmissiya) qurulması istiqamətində işləri həyata keçiriləcək.
“Layihənin həyata keçirilməsi sakinlərin daha keyfiyyətli və sürətli internetlə təmin olunmasına şərait yaradacaq” - deyə Vəliyev bildirib.
01/09/11 Çap et