Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Panasonic” partlama təhlükəsi olan 200 min noutbuku geri qaytarıb
“Panasonic” korporasiyası yanma ehtimalı olan 200 min akkumulyatorlu noutbukun geri çağırılmasını elan edib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, söhbət “Let’s Note” seriyasından gedir, dəqiq desək isə bu SF-S10 və CF-N10 modelləridir, hansı ki, 2011-ci ilin aprel ayından iyul ayınadək bazara buraxılıb.
Yaponiya şirkəti bir neçə müştəridən noutbukların öz-özünə yanması ilə bağlı şikayət alıb. Bu ilin yaz aylarında 40 min bu cür qurğu artıq geri qaytarılıb.
Qeyd edək ki, bu ilin aprel ayında eyni səbəbdən “Sony” şirkəti “VAIO” seriyalı portativ kompüterlərini geri qaytarıb. Sonrakı araşdırma göstərib ki, onların defektli akkumulyatorlarını “Panasonic” şirkəti istehsal edib.
Aynur Vəliyeva
14/11/14 Çap et