Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ şirkəti Avropada tədqiqat mərkəzi açacaq


ABŞ-ın “Apple” şirkəti yaxın vaxtlarda Böyük Britaniyada tədqiqat və işləmələr mərkəzi (R&D centers) açmağı planlaşdırır. Bu barədə “Business Weekly” nəşri məlumat verib.

Məlumata görə, şirkətin yeni ofisləri Kembricdə "Sony”, “Microsoft”, “ARM” və “Broadcom” nümayəndəliklərinin yaxınlığında yerləşəcək.

ABŞ şirkətinin yerləşəcəyi bina üçmərtəbəli olmaqla 9030 kvadrat fut ərazini əhatə edəcək.

Hazırda “Apple” nümayəndəliyinin nə ilə məşğul olacağı barədə məlumat olmasa da, burada 20 nəfərin çalışacağı bildirilir. Növbəti ildə əməkdaşların  40 nəfərədək artacağı gözlənilir.

ABŞ istehsalçısının İsrail, Çin və Tayvanda tədqiqat və işləmələr mərkəzi fəaliyyət göstərir. Qeyd olunur ki, Böyük Britaniyada nümayəndəliyinin açılmasının təşəbbüskarı kimi şirkət özü çıxış edib, - "AppleInsider” yazır.




14/11/14    Çap et