Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İBM Power7+” prosessorları ilin sonuna kimi çıxa bilər
Veb-mənbələrin məlumatına görə, “İBM” korporasiyası oktyabr və ya noyabr ayında serverlər üçün “Power7+” prosessorlarını təqdim edəcək.
“Power7” çipləri 45 nanometr texnologiya ilə hazırlanıb, 4, 6 və 8 nüvədən ibarətdir. “Power7” seriyası 32 MB üçüncü səviyyə keş yaddaşına malikdir və “TurboCore” məhsuldarlıq sistemini dəstəkləyir. Nüvələrin hər biri eyni zamanda 4 təlimat axını emal etməyə qadirdir.
“Power7+” prosessorları isə 32 nanometr texnologiya ilə hazırlanacaqlar. Bu isə daha az enerji istehlakı və daha yüksək məhsuldarlığı təmin edəcək. “Power7+” çiplərini 2013-cü ildə “Power8” çipləri əvəz edəcək. Onların daha çox hesablama nüvələrinə malik olacağı bildirilir.
01/09/11 Çap et