Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnnovativ şirkətlərin əksəriyyəti Asiyada yerləşir
“Thomson Reuters IP & Science” bölməsi dünyanın 100 ən innovativ şirkəti üzrə dördüncü illik reytinqini təqdim edib.
"ICTnews" elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, “Thomson Reuters” bölməsinin "2014-cü il üzrə dünyanın 100 ən yaxşı innovativ şirkəti" reytinqinin metodologiyası dörd əsas meyara əsaslanır: ümumi patent həcmi, uğurlu patent sifarişlərinin payı, portfelin qlobal dəyəri və qeyd olunan indeksə əsasən patentlərin təsiri.
2014-cü ildə S&P 500 reytinqinə daxil olan dünyanın 100 ən innovativ şirkəti öz gəlirlərinin artım sürəti iki dəfə artırıb. 2013-cü illə müqayisədə elmi-tədqiqat işlərinə xərclər 17% artıb.
Asiya ilk dəfə reytinqdə lider pillədə qərarlaşıb: 100 şirkətdən 46-sı məhz bu regionun payına düşür. Şirkətlərin 39-u Yaponiya, 4-ü Cənubi Koreya, 2-si Tayvanda yerləşir; ilk dəfə siyahıya Çinin “Huawei” şirkəti salınıb. Şimali Amerikanı reytinqdə 36 şirkət (2013-cü ildə 46 olub) təmsil edir. Avropada bu göstərici 18 şirkətdir.
Emil Hüseynov
14/11/14 Çap et