Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da vətəndaşların telefonları təyyarədən izlənilir
“The Wall Street Journal” nəşri yazır ki, ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri təyyarələrdə quraşdırılmış ötürücü aparatların köməyi ilə cinayətkarların mobil telefonları haqqında informasiya toplayır.
"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, adsız mənbələrə istinad edən nəşr iddia edir ki, 2007-ci ildən bu proqrama start verilib və ən azı ABŞ-ın beş ən böyük şəhərində işləyir. Casus qurğuları “Boeing” şirkəti tərəfindən hazırlanıb və yüngül motorlu “Cessna” təyyarələrinə quraşdırılıb. Bu qurğular uçuş zamanı on minlərlə mobil telefonun məlumatını emal edə bilərlər.
“WSJ” nəşrinin həmsöhbəti izah edib ki, "casus" qurğuları adi antena altında maskalayırlar.
Onlar abunəçilərə optimal qoşulma təklif edir. Nəticədə telefonlar onlardan əsas baza stansiyası kimi istifadə edir və öz qeydiyyat məlumatlarını onlara göndərir. Mənbə izah edib ki, texnologiya cinayətkarların operativ axtarışı üçün hazırlanıb və sadə vətəndaşların telefonlarını nəzərə almır.
Qurum bu haqda informasiya verməkdən imtina edib.
Emil Hüseynov
14/11/14 Çap et