Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” bazar kapitallaşdırmasında ikinci pilləyə yüksəlib


Dünyanın ən böyük özəl neft korporasiyası “Exxon Mobil” ən yüksək kapitallaşdırmaya malik şirkətlərin siyahısında ikinci pilləni itirib.

Beş ay ardıcıl davam edən neft qiymətlərinin azalması fonunda “Exxon Mobil” korporasiyasının bazar kapitallaşdırması 47 milyard dollar azalıb.

Eyni zamanda “Microsoft”un kapitallaşdırması 408,9 milyard dollar təşkil edib və ikinci pilləyə yüksəlib.


"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Apple” korporasiyası liderdir: 2014-cü ildə səhmlər 40% bahalaşıb və bazar kapitallaşdırması 652 milyard dollar təşkil edib.


Emil Hüseynov




14/11/14    Çap et